BAKI, 28 noyabr. TELEQRAF

mrük xidmətinin yoxlamaları zamanı qanunsuz 1544 qram qızıl, 1337 karat brilliant aşkarlanıb.

Teleqraf xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsini Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli deyib.

O qeyd edib ki, cari ilin 6 ayında 145 qutu güclü təsiredici dərman, 1.520 konvolyut dərman preparatı, 11.520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1.185 ədəd mobil telefon aşkar edilib.