BAKI, 21 noyabr. TELEQRAF

Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisi, polkovnik Yaqub Əhədov Qərib oğlu yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

İlkin məlumata görə, polkovnik Əhədovu avtomobil vurub.