BAKI, 1 noyabr. TELEQRAF

Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, önların 5-i Azərbaycan, 3-ü Əlcəzair, 3-ü Pakistan, 2-si Əfqanıstan, 2-si Mərakeş, 2-si Ukrayna, 1-i İran, 1-i Türkiyə, 1-i Seneqal, 1-i Suriya vətəndaşı оlub.