BAKI, 29 oktyabr. TELEQRAF
Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədləri təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşım edib.
Bildirilib ki, oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan komplekslər Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilib.
Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.


