BAKI, 27 oktyabr. TELEQRAF

Birinci Qarabağ müharibəsinin itkin düşmüş 16 şəhid dəfn olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, oktyabrın 28-də hərbi qulluqçular - Quliyev Abdulla Novruz oğlu Abşeron rayonu, Saray qəsəbəsi qəbiristanlığında, Şahhüseynov Lətif Qəribalı oğlu Sumqayıt şəhərində Şəhidlər Xiyabanında, Şahmurov Mübariz Ağahüseyn oğlu Nizami rayonu, Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Bundan əlavə, oktyabrın 29-da Abbasov Rəfael Sultan oğlu, Mehdiyev İlham İmdad oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığında olan Şəhidlər xiyabanında, oktyabrın 30-da Quliyev Elçin Balaxan oğlu Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığında Şəhidlər xiyabanında, Əzizov Fikrət Abbas oğlu Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında, Rəhimov Cəmil Nizami oğlu Şirvan şəhərində şəhidlər xiyabanında, Nuriyev Aydın Nəriman oğlu Göyçay rayonu, Mırtı kənd qəbiristanlığında, oktyabrın 31-də Hüseynov Çingiz Usub oğlu Xocalı şəhərində şəhidlər xiyabanında, Qəmbərov Səfər Qarsalan oğlu Xocalı şəhərində şəhidlər xiyabanında, Əliyev Mikayıl Atababa oğlu Xəzər rayonu, Zirə qəsəbəsi – yeni məzarlıqda, Allahverdiyev Teymur Qüdrət oğlu Neftçala rayonu– Qaçaqkənd kənd qəbiristanlığında, Heydərov Elçin Ağamməd oğlu İmişli rayonu– Ağaməmmədli kənd qəbiristanlığında dəfn ediləcəklər.