BAKI, 25 oktyabr. TELEQRAF

Beyləqanda avtomobil 8 yaşlı piyadanı vurub, vəziyyəti ağırdır.

Teleqraf-ın xəbərinə görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub.

Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlıya qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

"Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir"-, məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma başlanıb.