BAKI, 14 oktyabr. TELEQRAF
2025-ci ilin yanvar-sentyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 7 mlrd. 714 mln. manat vəsait ödənilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən təqribən 577 mln. manat və ya 8,76% çox olub.