BAKI, 9 oktyabr. TELEQRAF
Atam 1992-ci ilin 8 mayında Şuşa şəhərinin işğalı zamanı itkin düşüb.
Teleqraf xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Şuşanın işğalı günü itkin düşmüş Əhməd Mustafa oğlu Məmmədovun qızı Sevinc Hacıyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, atası polis əməkdaşı olub.
"Bu günə qədər onun yolunu gözləyirik, çox əziyyətlər çəkmişik. İstəyirik ki, bütün itkinlərin taleyinə aydınlıq gətirilsin. Biz və bizim simamızda itkin düşmüş şəxslərin yaxınları onların yolunu gözləyir. Ailədən analizlər götürülüb, dəfələrlə Şuşada da olmuşuq. Müraciətlər çoxdur, analizlərin cavabını gözləyirik", - itkin düşmüş şəxsin qızı vurğulayıb.