BAKI, 6 oktyabr. TELEQRAF
Hazırda ümumilikdə 1055 nəfər orqan transplantasiyası üçün qeydiyyatdadır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sümük iliyi üzrə 523 nəfər, böyrək üzrə 341 nəfər, qaraciyər üzrə 147 nəfər, buynuz qişa üzrə 24 nəfər, ürək üzrə 21 nəfər transplantasiya əməliyyatı üçün gözləyir.
Qeyd edilib ki, orqan transplantasiyasına ehtiyac duyanların əksəriyyəti böyüklərdir.