BAKI, 12 sentyabr. TELEQRAF

Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən “Karvan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, obyekt sahibkar Qiyasov Tahir Bayram oğluna məxsus olub.

Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içki aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.