BAKI, 5 sentyabr. TELEQRAF
Tovuz rayonu, Qazıqulu kəndində fəaliyyət göstərən kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, kafe fiziki şəxs Xalıqverdiyev Asif İdris oğluna məxsus olub.
Belə ki, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.