BAKI, 5 sentyabr. TELEQRAF
Sentyabrın 5-də saat 03:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata əsasən çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə sol ayağın və sol qabırğaüstü nahiyənin küt travması və sıyrılmış yarası diaqnozu təyin olunub.
Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb".
***
Bu gün saat 03:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 77 - MJ - 300 qeydiyyat nişanlı Prius markalı avtomobil ilə Mercedes C Clas markalı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan var.
Faktla bağlı araşdırma aparılır.