BAKI, 28 avqust. TELEQRAF
Bakıda 182 nömrəli tam orta məktəbin texniki işçiləri və laborantlarının təhsil ocağında məclis təşkil etməsinə aydınlıq gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən məktəb açıqlama yayıb.
Bildirilib ki, qeyd olunan videogörüntülər qeyri-dərs vaxtı çəkilib.
"Məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra nahar etmək üçün icazə alaraq otaqda yemək yeyiblər", - məlumatda qeyd edilib.
Qeyd edək ki, bu haqda ilk xəbəri BAKU TV yayıb.