BAKI, 7 avqust. TELEQRAF
"Mərkəzi park ərazisində böyük süni gölün yaradılması nəzərdə tutulur".
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu mediaya açıqlamasında deyib.
Komitə rəsmisi qeyd edib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır.
"Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır".