BAKI, 26 iyul. TELEQRAF
Azərbaycan və Gürcüstan gəncləri arasında keçirilən forum çox mühüm əhəmiyyət kəsb edir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan-Gürcüstan Gənclər Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında olan münasibətlər təkcə strateji əhəmiyyətli dövlətlər səviyyəsində deyil, eyni zamanda iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə olduğu kimi, gənclər arasında da inkişaf edir.
“Gənclər bizim gələcəyimizdir. Bu forumun keçirilməsində əsas məqsəd gənclərin bir-birinə daha da yaxınlaşmasıdır. Təbii ki, bu məsələ cənab Prezident İlham Əliyevlə Gürcüstan Prezidenti Mixail Kavelaşvili arasında keçirilən rəsmi görüşdə də qaldırılmışdır,” – deyə Arzu Nağıyev bildirib.
Arzu Nağıyev bildirib ki, Azərbaycandan sonra avqust ayının 2-dən 8-dək forum öz işini Gürcüstanda davam etdirəcək.