BAKI, 24 iyul. TELEQRAF
Azərbaycanın Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmədən Teleqraf-a verilən xəbərə görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 33-cü maddəsinə əsasən, Mülki Məcəllənin 402-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb.
Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin edilmiş iclasında baxılacaq.