ŞUŞA, 20 iyul. TELEQRAF
"Şuşada keçirilən bugünkü Qlobal Media Forumu süni intellekt mövzusuna həsr edilib".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
“Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq”, - o qeyd edib.
H.Hacıyev bildirib ki, süni intellekt bir çox sahəyə, o cümlədən, insanların dini dəyərlərinə və dünyagörüşünə yanaşma tərzinə təsir göstərir.
“Həqiqət artıq əvvəlki kimi deyil. Bu gün həqiqət doğrudan da nadir və qiymətli bir dəyərə çevrilib və hazırda o da ciddi risk altındadır”, - H.Hacıyev vurğulayıb.