BAKI, 18 iyul. TELEQRAF

"ASAN Radio" və "ASAN TV"nin baş redaktoru Elvin Dəmirli işdən çıxıb.

Teleqraf xəbər verir ki, o, bunu sosial şəbəkə hesabında yazıb.

E.Dəmirli ötən müddət ərzində ona etimad göstərən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyevə, "ASAN Radio" və "ASAN TV"-nin direktoru Emin Musəviyə təşəkkürünü bildirib.

O, bundan sonra başqa sahədə fəaliyyət göstərəcəyini vurğulayıb.

Xatırladaq ki, "ASAN Radio" 2015-ci ildə, "ASAN TV" isə 2024-cü ildə yaradılıb. E.Dəmirli ötən ilin mayında bu media qurumlarının baş redaktoru təyin edilmişdi.