BAKI, 24 iyun. TELEQRAF

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Şamaxı şəhərində nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 iyun 2025-ci il tarixdə Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib. Qəbul 30 iyun tarixdə Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10.00-da başlayacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 29 iyun 2025-ci il tarixdə Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09.00-dan aparılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]