BAKI, 20 iyun. TELEQRAF

Ermənistanın işğalından azad olunan Qubadlı rayonu ərazisində insan sümüklərinə oxşar skelet qalıqları tapılıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, qalıqlar rayonun Qundanlı kəndində qazıntı işləri aparılarkən aşkarlanıb.

Hadisə yerinə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı aidiyyatı üzrə araşdırma aparılır.