BAKI, 7 iyun. TELEQRAF

Qurban bayramında heyvan kəsimi zamanı bir nəfər xəsarət alıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 6-da saat 15:00 radələrində Xəzər rayonu ərazisindən qurban kəsimi zamanı xəsarət alma ilə bağlı çağırış daxil olub.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hadisə yerində 35 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib. Sağ əlin 3-cü barmağının kəsilmiş yarası diaqnozu ilə yaralı Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda qeyd olunub.