BAKI, 28 may. TELEQRAF
Kremlin sözçüsü Dmitri Peskov İstanbulda aparılan Rusiya-Ukrayna danışıqlarının ikinci raundu üçün də İstanbulun namizədliyi üzərində dayandıqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Onun sözlərinə görə, növbəti danışıqlar İstanbulda ola bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti raundun Türkiyə, İsveçrə və ya Vatikanda ola biləcəyini bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynaya danışıqların dəqiq tarixi və vaxtı ilə bağlı təklif göndərdiklərini qeyd edib.