BAKI, 26 may. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin düşmüş mülki şəxs Əsəddin Curu oğlu Novruzov mayın 27-də saat 14.00-da Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunacaq.