BAKI, 22 may, TELEQRAF
İrəvan qazılığının bərpası ciddi və tarixi məsələdir.
Teleqraf xəbər verir ki, bunu İrəvan qazısı təyin edilən Bəxtiyar Nəcəfov Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında deyib.
"Evləri, tarixi abidələri, məscidləri dağıdılan Qərbi Azərbaycanlıların nümayəndəsi kimi deyirəm. Cənab Prezidentimizin Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində belə bir addımın atılması, qazılığın bərpası böyük hadisədir.
Mənə göstərilən etimada görə isə Qafqaz Müsəlmanları İdarəsi olmaqla, Qazılar Şurasına təşəkkür edirəm", - B.Nəcəfov deyib.