BAKI, 19 aprel. TELEQRAF
Yardımlı stansiyasından 10 km şimal-şərqdə, Yardımlı rayonunda zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3,3 maqnitudalı zəlzələ yerli vaxtla 16:00-da qeydə alınıb.
Qeyd edək ki, zəlzələnin dərinliyi 11 km olub.