BAKI, 14 aprel. TELEQRAF

2025-ci ilin mart ayında ailə başçısını itirməyə görə 194 000-dən çox şəxsə pensiya və müavinət ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onlardan 136 900 nəfərdən çoxu pensiya, 57 100 nəfərdən çoxu isə müavinət alıb.