.jpg)
MİNGƏÇEVİR, 27 mart. TELEQRAF
Mingəçevir kənd qəbiristanlığında iki başdaşılı məzar ətarfında dolaşan söhbətlərə bu gün son qoyulub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, məzarın üzərində ucaldılmış "Övladlarından xatirə" yazılmış başdaşı lövhəsi mərhum Cavad Qurbanzadənin yaxınlarının iştirakı ilə götürülüb.
Xatırladaq ki, bu olayın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Məsələnin yanlışlıqdan qaynaqlandığı bildirilib.
***
12:33
MİNGƏÇEVİR, 27 mart. TELEQRAF
Mingəçevirdəki kənd qəbiristanlığında qeydə alınan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan ikili başdaşı məsələsinə aydınlıq gətirilib.
Məsələ ilə bağlı Mingəçevir Bələdiyyəsinin Dəfn Mərasimləri Xidmətinin kənd qəbiristanlığı üzrə nümayəndəsi Kamil Hüseynov Teleqraf-ın yerli bürosuna danışıb.
Onun sözlərinə görə, ortaya çıxan problemə aydınlıq gətirmək üçün mərhum Cavad Qurbanzadənin yaxınları və qəbirüstü abidənin qoyulmasında iştirak edən şəxslər qəbiristanlığa dəvət olunublar.
Aparılan araşdırma zamanı məlum olub ki, "Övladlarından xatirə" yazılmış qəbirüstü abidə səhvən Cavad Qurbanzadənin məzarı üzərinə qoyulub. Əslində, mərhumun qəbrinin başdaşı "Dostlarından xatirə" lövhəsi yazısı olan başdaşıdır. Bu səbəbdən səhvin aradan qaldırılması üçün lövhənin dəyişdirilməsinə qərar verilib.
Lakin bu, yeni bir sual doğurur: Cavad Qurbanzadənin adına qoyulmuş abidənin altındakı məzarda kim dəfn olunub?
Bu məsələnin araşdırılması davam edir. Araşdırmaya cəlb olunan şəxslərin fikrincə, bu məzarda ailənin digər üzvü dəfn edilib. Sadəcə, başdaşının dəyişdirilməsinə ehtiyac var. Digər məlumatlarda qeyd olunub ki, ümumiyyətlə qəbirüstü abidə boş torpaq üzərində qoyulub.