ZƏNGİLAN, 27 fevral. TELEQRAF

Soltanlı, Şükürbəyli kəndində və Cəbrayıl şəhəri ərazisində yeni kəhrizin tikilməsi nəzərdə tutulur.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası ilə bağlı danışarkən deyib.

O bildirib ki, kəhrizlərin yenidən qurulması və bərpası önəmli məsələdir, çünki onlar yeni su mənbələridir.