
“ADA” Universiteti magistraturaya qəbul olunmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, “ADA” Universitetində tədris olunan: İctimai Siyasət (MPP), Diplomatiya və Beynəlxalq Münasibətlər (MADIA) və əyani, beynəlxalq MBA proqramları ilə maraqlananlar fevralın 27-də saat 15.00-dan 16.30-dək universitetin kampusunda keçiriləcək məlumat sessiyasında iştirak edə bilərlər.
Məlumat sessiyasında “ADA” Universitetinin tədris proqramları, tələbə həyatı, təhsil haqqına güzəşt imkanları, qəbul şərtləri və məzunlar üçün iş imkanları müzakirə olunacaq.