
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 19-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Bu barədə Teleqraf.com-a fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin telefon nömrələri ilə əlaqə saxlaya bilər. Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Naibə QURBANOVA