“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər təklif olunur. Bununla bağlı qanun layihəsi parlamentin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarlıb.

Teleqraf.com-un xəbərinə görə, sözügedən komitənin sədr Hadi Rəcəbli təklif olunan dəyişikliklərin vətəndaşların mənafeyi baxımından vacib və əhəmiyyətli olduğunu söyləyib: “Təklif olunan dəyişikliklərə əsasən, nəzrət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə, nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək”.

Qanun layihəsi müzakirələr açılmadan plenar iclasa tövsiyə olunub.

Nemət