Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcək.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

"Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".