İntrauterin kontraseptiv (xalq arasında “spiral” adlanır) dünyada qadınlar arasında ən çox seçilən hamiləlikdən qorunma üsuludur.
Arzuolunmaz hamiləliklərin qarşısını almaq üçün istifadə edilən “T” şəkilli cihaz müasir və effektiv qorunma üsullarından biridir.
“Spiral” ilk dəfə taxıldıqdan sonra nələrə diqqət edilməlidir?
Teleqraf.com həkimlərin faydalı rəyini təqdim edir.
Cihaz arzuolunmaz hamiləlikdən qorunmaq üçün uşaqlıq yoluna yerləşdirilir. Hormonal və hormonsuz variantları olan bu üsul arzuolunmaz hamiləliklərə qarşı 99% təsirlidir.
Əgər “spiral” taxıldıqdan sonra yüksək hərarət, halsızlıq və pis qoxulu axıntı kimi hallar yaşanırsa, təcili olaraq həkiminizlə məsləhətləşməlisiniz.
İllik rutin yoxlamaları qaçırmayın və yaxma testini mütləq edin.
Əgər “spiral” taxıldıqdan sonra menstruasiya gecikirsə, 2% hamiləlik riski daşıdığınızı unutmayın.
Cinsi yolla keçən xəstəliklərə qarşı ehtiyat tədbirlərinizi görün.
İstifadə zamanı “spiral” ipini hiss etmədiyiniz zaman dərhal həkiminizlə məsləhətləşin.
“Spiral” taxmaq əksər qadınlar üçün narahatlıq yaradır, lakin dözülməz dərəcədə ağrılı deyil. Prosedurdan dərhal sonra yüngül sancılar ola bilər. Nadir hallarda prosedur başa çatdıqdan sonra başgicəllənmə və ya huşunu itirmə halları yaşana bilər.
“Spiral” taxıldıqdan sonra qorunmaya ehtiyac varmı?
Digər qorunma üsulları ilə müqayisədə “spiral”dan istifadə ən təhlükəsiz üsuldur. Ondan istifadə edildikdən sonra heç bir qorunma üsuluna ehtiyac qalmır. Prosedurun başlandığı andan doğuma nəzarəti təmin edilir. Zaman keçdikcə tərkibindəki maddələr azaldığı üçün spiralın hər 5 ildən bir dəyişdirilməsi məsləhət görülür.