BAKI, 12 may. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin sülh danışıqları üçün səmimi istək nümayiş etdirir”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Elina Valtonen deyib.

Nazir bildirib ki, Rusiya əvvəllər danışıqlar aparmaq istəyi göstərməyib, amma indi vəziyyət dəyişib. Finlandiya xarici işlər nazirinin sözlərinə görə, bu, Avropadan effektiv təzyiqlə bağlıdır.

Valtonen həmçinin qeyd edib ki, Avropa İttifaqının mümkün sülh danışıqlarındakı rolu Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Nazir əlavə edib ki, ABŞ-nin əsas diqqətini İrana yönəltməsi geniş imkanları olan Aİ-ni ön plana çıxarır.