Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olunub.

Bu barədə Teleqraf.com-a məhkəmədən bildirilib.

Bu vəzifəyə həmin məhkəminin hakimi Zeynal Ağayev təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də vəfat edib.