Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Xüsusi Dövlət Mühafizə Xidmətində çalışan Sabir Nağıyev bir neçə dəfə Prezident tərəfindən təltif olunub.