Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Səbail rayon Polis İdarəsinə müraciət edib. Qadın evindən naməlum şəraitdə oğurluq edildiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğun ev sahibəsinin qızı tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.