BAKI, 11 aprel. TELEQRAF
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutub.
Teleqraf xəbər verir ki, bu gün 887 ton dizel daşıyan 15 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından qonşu ölkəyə yola salınıb.
***
10:58
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutur.
Teleqraf xəbər verir ki, 887 ton dizel daşıyan 15 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınır.
İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.