BAKI, 9 aprel. TELEQRAF

ABŞ və İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı əsas məsələlər üzrə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar nəticəsində həm nüvə proqramı, həm də Hörmüz boğazının fəaliyyəti ilə bağlı mühüm razılaşmalar əldə olunub.

Tramp bildirib ki, bu razılaşmalar regionda gərginliyin azaldılması və tərəflər arasında daha geniş anlaşmanın əldə olunması üçün əsas yaradır.

Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunmuş və tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdi.