BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Ürəkləri dağlayan vəhşət – Xocalı soyqırımı…
34 il əvvəl Xocalıda amansızlıqla qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan türkü qardaşlarımızın acısını ürəkdən bölüşürük".