BAKI, 23 fevral. TELEQRAF

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Sənədə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində müayinə və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.