BAKI, 26 dekabr. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gələn il Avropa İttifaqı-Azərbaycan beyin mərkəzlərinin forumunu təşkil etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözügedən forumun Orta Asiya ölkələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur:

“Bu yanaşma Azərbaycanın artıq regionun ayrılmaz hissəsinə çevrilməsi ilə bağlıdır. Beynəlxalq təşkilatların iştirakı ilə də oxşar tədbirlərin təşkili planlara daxildir”.