BAKI, 19 noyabr. TELEQRAF

"Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür".

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclsiin sədri Sahibə Qafaraova parlamentin bugünkü plenar iclasında "2026-cı ilin büdcə zərfi"nin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlayıb, həm də büdcə xərclərinin sosial yönümlü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib.