İran cəmiyyəti ABŞ ilə danışıqları müzakirə etməyə belə hazır deyil, çünki ölkə ötən ilin iyun və bu ilin fevral aylarında keçirilən danışıqlardan sonra nə baş verdiyini bilir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei Misirin "Əl Masry Al Youm" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
“İran cəmiyyəti ABŞ ilə danışıqları və ya diplomatiyanı müzakirə etməyə hazır deyil, çünki onlar iyun ayında (keçən il, 12 günlük müharibədən əvvəl –red) və fevral ayında keçirdiyimiz iki raund danışıqlarla nə baş verdiyini bilirlər. Buna görə də, dünyada artıq heç kim Amerika diplomatiyasına etibar edə bilməz. Onlar diplomatiyadan və danışıqlardan yalnız öz iradələrini zorla qəbul etdirmək və ya güc tətbiq etmək üçün bir müqəddimə kimi istifadə edirlər”, - deyə Bəqayi bildirib.