BAKI, 21 oktyabr. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerləri dəyişdiriləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı qanunla layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə iclasının gündəliyində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerlərinin dəyişdirilməsi ilə bağlı məsələ müzakirəyə təqdim olunan sənəddə öz əksini tapıb.