BAKI, 15 oktyabr. TELEQRAF

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov və MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.

MSK-nın müvafiq qərarlarına əsasən, 44 saylı Sumqayıt 3-cü,117 saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı Lənkəran-Masallı, 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.