BAKI, 13 oktyabr. TELEQRAF

“Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nın təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriyakurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.

Qeyd edək ki, “Naftalan” yatağı quyularının hasilat göstəricilərinin artırılması məqsədilə təklif olunan Tədbirlər Planının nümunəvi forması, neftin ümumi fiziki-kimyəvi xüsusiyyətləri və balneoterapiya üçün istifadə edilən neftin sanitar-bakterioloji göstəriciləri ilə bağlı əlavələr də qərarda yer alıb.