BAKI, 8 dekabr. TELEQRAF
Azərbaycanda 32 rayonda yerləşən 53 aqropark bitkiçilik, heyvandarlıq, çeşidləmə , qablaşdırma , emal və logistika sahələrində ixtisaslaşıb. Aqroparklar vergi güzəştləri ,subsidiya və güzəştli maliyyə mexanizmlərindən yararlanırlar. Yaradılan 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb.
Teleqraf xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
"Aqroparklar cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir. Yaradılmış 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb. Müxtəlif dəstək alətlərinin, dövlət dəstəyinin həcmi 690 milyon manat olub. Bir növ xarici ticarətin artımında güzəştlər, dəstək mexanizmləri öz müsbət təsirini göstərib", - o qeyd edib.