BAKI, 1 sentyabr. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.
Teleqraf xəbər verir ki, bu barədə UTX-nin Teleqram kanalında məlumat yayılıb.
UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş müharibə qanunlarını və qaydalarını pozub".
Bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.