BAKI, 28 iyul. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyulun 21-dən 27-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Teleqraf qurumun məlumatına istinadla xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada və 15 tank əleyhinə mina, həmçinin 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Məlumatda qeyd olunub ki, 1354.2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirir.